Haqqımızda

Məqsəd ənənəvi medianın yerini müasir mediaya verməsini nəzərə alaraq ən mühüm mənbə olan gənclərin müasir problemlərinin araşdırılması, onların maarifləndirilməsi və problemlərinin həlli istiqamətində fəaliyyətlərin həyata keçirilməsi üçün mövcud şəraitdən səmərəli istifadə etməkdir.

“İradio” olaraq əsas hədəflərimiz:

– informasiya texnologiyalarının yaratdığı imkanlardan yararlanmaq
– müasir media sahəsində öz yerini tutmaq,
– gənclərə məxsus, onların maraq dairəsini əhatə edən brend yaratmaq
– milli musiqi və mənəvi dəyərləri gənclər arasında təbliğ etmək
– hər zövqdə gənci nəzərə alıb, hər janrda musiqiləri yayımlamaq
– bu sahədə marağı olan gənclərə təcrübə qazandırmaq üçün şərait yaratmaqdır.

“İradio” olaraq əsas məqsəd müasir tələblərə cavab verən funksional online radio yaratmaq, gənclərin maraq dairəsinə uyğun verilişlərin hazırlanması, yüzlərlə gəncin təcrübə qazanmasıdır..

“İradio”nun yayımlanma vaxtı həftənin 7 günü, 24 saatdır.